Gürcüstanda mədənçilər tətil elan edib

Gürcüstanın Tkibuli şəhərində "Dzidziquri” adına mədənin işçiləri tətil keçirirlər.
"Report”un yerli bürosu xəbər verir ki, 11 mədənçi bir sutkadır mədəndən çıxmaqdan imtina edir.
Onlar bu cür etiraz formasına əməkaqlarının artırılması ilə bağlı tələbin yerinə yetirilməməsindən sonra əl atıblar.
Hazırda bir qrup mədənçi həmkarlarına həmrəylik aksiyası keçirir.
Gürcüstanın Həmkarlar İttifaqından bildirilib ki, hər mədənçiyə gün ərzində 45 lari ödənilir ki, bu da qəbuledilməzdir. Təşkilat maaşların artırılmasının zəruri olduğunu qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























