Moldovada bütün idman yarışları dayandırıldı

Moldovada koronavirus pandemiyası ilə əlaqədar bütün idman yarışları qeyri-müəyyən müddətədək dayandırılıb.
Bu barədə ölkənin İctimai Sağlamlıq üzrə Fövqəladə Komissiyası qərar qəbul edib.
Beləliklə, Moldovanın futbol üzrə Milli Diviziyası və A Diviziyasında bu gün keçirilməli olan bütün oyunlar baş tutmayacaq. Eyni zamanda, ölkə yığmasının martın 25-də Farer adaları və martın 31-də İsrail milliləri ilə keçirməli olduğu qarşılaşmalar Kişinyovda gerçəkləşməyəcək.
Hazırda Moldova Futbol Federasiyası məsələnin müzakirəsindən ötrü ölkə rəhbərliyi ilə görüşmək niyyətindədir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























