• $
  • €
  • ₽
  • ₺
  • £

Havada “Bayraktar” göründü, separatçılar qorxuya düşdü

Havada “Bayraktar” göründü, separatçılar qorxuya düşdü
10.04.2021 09:38
Bu gün Ukraynanın şərqində, Donbass üzərində Ukrayna silahlı qüvvələrinin "Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi görünüb.


Bu haqda Donbassdakı rusiyayönümlü separatçıların tərəfində vəziyyəti izləyən ANNA-News müxbiri bildirir. Məlumata görə, pilotsuz təyyarə təmas xətti boyu uçub, amma separatçıların nəzarətində olan ərazilərin hava sahəsinə daxil olmayıb. Bununla belə "Bayraktar”-ın təmas xətti boyu separatçıların mövqelərini və orada cəmləşdirilən qüvvələrin görüntülərini çəkdiyi təxmin edilir. Bu, Donbass üzərində uçuş keçirən ilk "Bayraktar” təyyarəsidir.


Ukrayna ordusunun silahlanmasında neçə "Bayraktar TB2” olduğu məlum deyil, xüsusən də nəzərə alanda ki, son vaxtlar Rusiya mənbələri Türkiyədən və Qətərdən Kiyevə bu döyüş pilotsuz təyyarələrinin yeni partiyalarının göndərildiyi haqda məlumatlar yayır.


Agentlik bildirir ki, "Bayraktar TB2” -nin təmas xəttində görünməsi Donetsk və Luqansk "xalq milisi qüvvələri” üçün həyacanlı siqnaldır. Çünki bu tip aparatlar özünü Suriya, Liviya və Dağlıq Qarabağda çox yaxşı göstərib. Ukrayna onları hökmən Donbassda tətbiq edəcək və bu, zaman məsələsidir.


 Xatırladaq ki, Rusiya Ukrayna sərhədlərinə böyük miqdarda hərbi qüvvə cəmləşdirir. Eləcə də Ukrayna Donbassa, təmas xəttinə qüvvələr yığır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol