• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə boğazlardan keçən gəmilərdən aldığı rüsumu qaldırır

Türkiyə boğazlardan keçən gəmilərdən aldığı rüsumu qaldırır
05.06.2023 09:57
Türkiyə, Montrö Konvensiyasına əsasən, iyulun 1-dən etibarən ticarət gəmilərinin Qara dəniz boğazları zonasından (Bosfor və Dardanel boğazları) keçməsi üçün rüsumları 8,3% artıracaq. Bu barədə "Aydınlıq"  qəzeti Türkiyənin Nəqliyyat Nazirliyi yanında Dəniz İşləri Baş İdarəsinə istinadla məlumat yayıb.

Yeni məbləğ 4,42 dollar təşkil edəcək.

Nəşrin məlumatına görə, bu il Türkiyənin gəmilərin boğazlardan keçməsinə görə tutulan tariflərdən əldə etdiyi gəlirlər əvvəlki illərdəki 160-170 milyon dollarla müqayisədə təxminən 900 milyon dollar təşkil edəcək.

Bosfor və Dardanel boğazlarında hərəkəti tənzimləyən Montrö Konvensiyasına əsasən, tibbi nəzarət, mayak və gəmilərin təxliyəsi xidmətləri ilə bağlı onlardan keçmək üçün ödənişlər alınır. 1936-cı ildə konvensiyanın imzalanmasından sonra rüsumların məbləği 0,8 dollara bərabər tutulan qızıl frankı əsasında hesablanır.
 
1983-cü ildən 2022-ci ilə qədər məbləğ dəyişməz qalıb. Ötən ilin oktyabrında rüsumların dəyəri 4,08 dollara qədər artıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Dünya 12:06
Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri dəyişdiriləcək
Putin Çindən Tacikistana yola düşüb
Dünya 18:37
Putin Çindən Tacikistana yola düşüb
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Dünya 15:04
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Dünya 13:29
Si Cinpin: Böyük dövlətlər arasında qarşıdurma dünyanı xaosa sürükləyir
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Dünya 13:13
Putin, Tramp və Si Cinpin arasında ilk üçtərəfli görüş başlayıb
Tramp və Si Cinpin arasında görüş başlayıb
Dünya 11:41
Tramp və Si Cinpin arasında görüş başlayıb
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Dünya 10:16
Alen Simonyan gələn ay Azərbaycana gələcək
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Dünya 11:53
Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol