• $
  • €
  • ₽
  • ₺
  • £

Putin dolları çökdürməyi planlaşdırır — The Economist

Putin dolları çökdürməyi planlaşdırır — The Economist
21.10.2024 15:19

Rusiya Prezidenti Vladimir Putin Kazanda keçiriləcək BRİKS sammitində "bloka güc qatmağı” planlaşdırır. O, birliyə üzv liderlərə yeni qlobal maliyyə-ödəniş sistemi qurmağı təklif edərək, "Amerikanın dünya maliyyəsindəki dominantlığına zərbə vurmaq , Rusiya və onun dostlarını sanksiyalardan qorumaq” istəyir. Bu barədə Britaniyanın The Economist jurnalının "Putinin dolları məğlub etmə planı” adlı məqaləsində yazılıb. 


Jurnal xatırladır ki, iyunda Rusiya Maliyyə Nazirliyi BRİKS Bridge platformasının milli valyutalarla, o cümlədən rəqəmsal valyutalarla hesablaşmalar üçün istifadəyə veriləcəyini elan edib. 

 

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə qeyd edib ki,  BRİKS-in alternativ ödəniş sistemi iqtisadi əməliyyatların həyata keçirilməsinə imkan verəcək və "dollar və avronu silaha çevirənlərdən asılılıq yaşanmayacaq”.


The Economist qeyd edir ki, bu platformanın yaradılmasında BRİKS ölkələri böyük ehtimalla qismən Qərb nizamının dayağı olan Beynəlxalq Hesablaşmalar Bankı tərəfindən idarə olunan mBridge beynəlxalq ödəniş sisteminə əsaslanacaqlar.

 

Jurnalın yazdığına görə, Çin də bu alternativ sistemin fəal şəkildə lobbisini edir. BRICS Bridge qlobal cənub ölkələrinə daha ucuz və sürətli əməliyyatlar təmin edə bilər və inkişaf etməkdə olan iqtisadiyyatları cəlb edə bilər.

 

Qərb rəsmiləri isə BRICS Bridge-in sanksiyalardan yayınmaq üçün istifadə ediləcəyindən narahatdırlar, deyə The Economist qeyd edir. Bu sistem ABŞ-ın illərdir dünya maliyyə sistemindəki dominantlığına da təhdid yarada bilər, bu dominantlıq isə "müharibədən sonrakı nizamın təməl daşı" olmuşdur. Belə ki, 2000-ci ildən bəri qlobal dollar ehtiyatları təxminən 70%-dən 58%-ə düşüb, halbuki "qeyri-ənənəvi valyutalar”da isə artım müşahidə olunur.


"Dünyanın hər yerinə pul göndərmək bir qədər uzaq məsafəli uçuşa bənzəyir: iki hava limanı birbaşa əlaqədə deyilsə, sərnişinlər ideal olaraq bir çox digər təyyarələrin də birləşdiyi böyük bir mərkəzdə dayanmaq məcburiyyətində qalır. Beynəlxalq ödənişlər dünyasında ən böyük mərkəz Amerikadır, burada dünyanın bir çox bankları ödəniş əməliyyatları həyata keçirənlərin xarici valyutasını dollara, daha sonra isə ödənişlərin qəbul edildiyi valyutaya dəyişirlər”, məqalədə belə izah edilir.


Dolların mərkəzi mövqeyini, jurnalın qeyd etdiyi kimi, "panoptikum" və ya "dar boğaz" təsiri təmin edir. Bu o deməkdir ki, dollarla əməliyyatlar aparan bankların əksəriyyəti bunu Amerikadakı müxbir banklar vasitəsilə etməlidirlər və həmin banklar isə əməliyyatları terrorizmin maliyyələşdirilməsi və ya sanksiyalardan yayınma əlamətlərinə görə izləyə bilirlər. "Bu, Amerikanın liderlərinə böyük hakimiyyət gücü verir — elə bir güc ki, onlar bunu müharibəyə alternativ olaraq istifadə etməyə çalışıblar,”  - məqalədə bildirilir.


The Economist xatırladır ki, ABŞ sanksiyaları altındakı şəxslərin sayı 2021-ci ilə qədər iki onillik ərzində 900%-dən çox artaraq təxminən 9,4 min nəfərə çatıb. ABŞ həmçinin formal olaraq müstəqil olan SWIFT maliyyə mesajlaşma sisteminə müdaxilə edərək, arzuolunmaz bankları və ya bütöv ölkələri, məsələn, İranı sistemdən çıxarmağı tələb edib. Rusiya Ukraynaya hücum etdikdən sonra ABŞ Rusiyaya qarşı sektoral sanksiyalar tətbiq etdi və bununla da bir çox digər hökumətlər Amerikanın maliyyə sistemindən asılılığı barədə düşünməyə vadar oldu.


"Putin BRİKS sammitində bu dollar narazılığından faydalanmağa ümid edir. Onun üçün yeni sxemin yaradılması həm təcili praktiki prioritet, həm də geosiyasi strategiyadır,” -  müəlliflər qeyd ediblər. 


Jurnalın məlumatına görə, BRİKS rəsmiləri Kazan sammiti öncəsi bir sıra görüşlər keçirərək kredit-reytinq agentliyinin və böyük sığorta şirkətinin yaradılmasını müzakirə ediblər.


Lakin ən ciddi təşəbbüs, fiatsız valyutalarla təmin edilmiş rəqəmsal pulların istifadəsi planıdır. Bu, The Economistin qeyd etdiyi kimi, mərkəzi bankları — Amerika dollarının klirinq sisteminə çıxışı olan müxbir banklar əvəzinə — transsərhəd əməliyyatların mərkəzinə yerləşdirəcək.

 

N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol