• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada hava limanlarında qalan sərnişinlər etiraz edib - Video

Rusiyada hava limanlarında qalan sərnişinlər etiraz edib - Video
07.05.2025 12:20

Rusiya hava limanlarında pilotsuz təyyarələrin hücumları səbəbindən Moskva hava limanlarının bağlanması səbəbindən uçuşlarda saatlarla gecikmələr yaşanır. Bu barədə Rusiyanın telegram kanalları videogörüntülər yayıb.

Onlarla təyyarə havaya qalxmaq üçün növbə gözləyir və sərnişinlər kütləvi şəkildə onların su və yeməksiz təyyarələrdə saxlandığını bildirirlər.

Mahaçqaladan Moskvaya uçan “Pobeda” reysi 13 saatdan çox gecikib. Əvvəlcə saat 19 radələrində təyyarə Moskvaya uçsa da, sonra geri qayıdıb. Sərnişinlərin sözlərinə görə, aviaşirkət otel təmin etməyib və yalnız səhər saat beşdə yemək gətirirmiş.

Pulkovoda vəziyyət daha pisdir. Belə ki, Sankt-Peterburqa enən “Emirates Airlines” aviaşirkətinin Dubay-Domodedovo reysinin sərnişinlərinə 6 saat ərzində təyyarəni tərk etməyə icazə verilməyib, sonra isə sadəcə olaraq Moskvaya təkbaşına çatmaq təklif edilib.

Sərnişinlərin sözlərinə görə, çoxları o qədər taqətdən düşüb ki, aviaşirkət nümayəndələrinə heç bir tələb belə irəli sürməyiblər.

Pegasus Hava Yollarının Antalya-Moskva reysi ilə uçan sərnişinlər də oxşar vəziyyətlə üzləşiblər. Onların reysi də Pulkovoya enib və sərnişinlərin dediyinə görə, onlar “mal-qara kimi” 7 saatdır təyyarələrdə saxlanılıblar.

“Özbəkistan Hava Yolları”nın Daşkənd-Moskva və Aeroflot reysi ilə Çelyabinsk-Moskva reysi ilə uçan sərnişinləri də təyyarədə gecələyiblər. Lakin 7 saatlıq gözləmədən sonra nəhayət ki, insanlara təyyarələri tərk edərək hava limanına getməyə icazə verilib.

Analoji aqibət Ural Hava Yollarının Səmərqənd-Moskva reysi ilə uçan sərnişinlərin başına gəlib. Jukovski hava limanı reysi qəbul etməyib və təyyarə Samarada eniş edib. Təyyarədə 4,5 saat gözlədikdən sonra insanlar hava limanına buraxılsalar da, otellə təmin olunmayıblar: Sərnişinlərin dediyinə görə, onlara bütün otellərin dolu olduğu bildirilib. Ural nümayəndələri həmçinin sərnişinlərə bildirdilər ki, uçuşa davam etməkdən imtina etsələr, marşrutun bir hissəsi artıq əhatə olunduğu üçün biletlərin pulu qaytarılmayacaq.

Aytac 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol