• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və Ukrayna prinsipcə atəşkəs fikri ilə razılaşıb -Türkiyə XİN rəhbəri

Rusiya və Ukrayna prinsipcə atəşkəs fikri ilə razılaşıb -Türkiyə XİN rəhbəri
15.05.2025 16:20

Rusiya və Ukrayna prinsipcə atəşkəs fikri ilə razılaşıb.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada NATO XİN rəhbərlərinin qeyri-formal görüşündən sonra brifinqdə deyib.

Nazir qeyd edib ki, hər iki tərəfin atəşkəs üçün fərqli fikirləri var: “Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsin təminini istəyir, Rusiya tərəfinin də öz şərtləri var. Bunun müzakirəsi üçün tərəflər bir araya gəlməli, razılaşmadıqları məsələləri razılaşdırmalıdır. Bunun üçün ABŞ vasitəsilə başladılan Ukrayna-Rusiya müzakirələri müəyyən mərhələyə gəlib. Tərəflər artıq bir nöqtəyə gəlməyə çalışırlar. Bizim bu danışıqlara davam etməyimiz lazımdır. Məqsəd sülhə nail olmaqdırsa, hər iki tərəf müəyyən güzəştlər etməlidirlər. Vasitəçilərin üzərinə mühüm vəzifələr düşür. Bu məsələdə biz hər cür dəstəyi əvvəldən veririk və bundan sonra da verəcəyik”.

Hakan Fidan, eyni zamanda, ABŞ və Suriyadan olan həmkarları ilə üçtərəfli görüşdə hansı məsələləri müzakirə edəcəyini açıqlayıb. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Tramp hakimiyyətə gələndən sonra qaldırdığı məsələlərdən biri də ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etməsi idi: “Dünən Riadda ABŞ və Suriya prezidentlərinin görüşü, bir növ, həm tanışlıq xarakteri daşıyırdı, həm də ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini ən yüksək səviyyədə elan edilməsi idi. Bu bizim diplomatik səylərimizin nəticəsi oldu. Bunu davam etdirmək lazımdır. Bu gün biz ABŞ və Suriyadan olan həmkarlarımla üçtərəfli görüşümüzdə dünən liderlər səviyyəsində əldə olunan razılaşmaların praktik olaraq həyata keçirilməsi üçün nə edilməli olduğunu müzakirə edəcəyik. Qarşımızda olan yol xəritəsini incələyəcəyik. Sanskiyaların ləğvi ilə paralel Suriyada olan ABŞ əsgərləri ilə bağlı məsələni də müzakirə edəcəyik. ABŞ əsgərlərini bölgəyə gətirən səbəblər aradan qaldırılarsa, onlar Suriyadan problemsiz şəkildə ayrıla bilər.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol