• $
  • €
  • ₽
  • ₺
  • £

Natanzdakı nüvə obyektinə zərər vurulub - Yenilənib

Natanzdakı nüvə obyektinə zərər vurulub - Yenilənib
13.06.2025 23:41

İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi bildirib.

O, qeyd edib ki, zərbələrdən sonra obyektin içərisinə alfa hissəcikləri şəklində radiasiya yayılıb.Obyektdən kənarda radiasiya səviyyəsi normal həddə qalıb və içəridəki çirklənmə mühafizə tədbirləri ilə idarə oluna bilər.

Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu bildirib.

 

16:12

 

Cümə günü yayımlanan peyk görüntüləri İsrailin hava zərbələrindən sonra İranın İsfahan əyalətində yerləşən Natanz uranın zənginləşdirilməsi obyektində zədələnmələrin olduğunu göstərir. Bu barədə Qərb kəşfiyyat mənbələri və İran mediası məlumat yayıb.

Zərbə iyunun 13-də səhər tezdən həyata keçirilib və İsrailin əsas nüvə təhlükəsi hesab etdiyi Natanz obyektini hədəf alıb.

İsrailin “12-ci kanal”ı kəşfiyyat mənbələrinə istinadla bildirib ki, obyekt “ciddi şəkildə zədələnib” və ya “tamamilə məhv edilib.” İran bu iddiaları təsdiqləməyib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bildirib ki, İran zərbəni təsdiqləyib, lakin radioaktiv və ya kimyəvi sızma qeydə alınmayıb. “İlkin qiymətləndirmələr göstərir ki, obyektin bəzi hissələri zədələnib. Heç bir radioaktiv və ya kimyəvi çirklənmə və ya sızma aşkar edilməyib”, – İranın Atom Enerjisi Təşkilatı dövlət televiziyasında yayımlanan bəyanatda bildirib.

Təşkilat əlavə edib ki, zərbə zamanı obyektin əməkdaşları arasında itki qeydə alınmayıb.

MAQATE bildirib ki, Fordo, İsfahan və Busherdəki digər nüvə obyektləri zərbələrdən zərər görməyib. Agentliyin məlumatına görə, Natanzdakı radiasiya səviyyələri təhlükəsiz həddədir və vəziyyətin diqqətlə izlənməsi davam etdirilir.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol