• $
  • €
  • ₽
  • ₺
  • £

Avstraliya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırır və konsulluq xidmətini Azərbaycana göndərir

Avstraliya Tehrandakı səfirliyinin fəaliyyətini dayandırır və konsulluq xidmətini Azərbaycana göndərir
20.06.2025 09:04

Avstraliya hökuməti təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən bütün Avstraliya rəsmilərini və onların ailə üzvlərini İrandan çıxarmaq və Tehrandakı səfirliyin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar verdiyini elan edib.

Bu barədə Avstraliya İttifaqının xarici işlər naziri Penni Vonqun bəyanatında bildirilib.

“Avstraliya hökuməti bütün rəsmi şəxslərə və onların ailələrinə İranı tərk etmək göstərişi verib və ölkədə pisləşən təhlükəsizlik qiymətləndirməsinə əsaslanaraq Tehranda səfirliyin fəaliyyətini dayandırıb”, – XİN başçısı bildirib.

Onun sözlərinə görə, Avstraliyanın İrandakı səfiri böhranlara cavab vermək üçün hökumətin səylərini dəstəkləmək məqsədilə regionda qalacaq.

“Xarici İşlər və Ticarət Nazirliyi İrandan çıxan avstraliyalılara dəstək göstərmək üçün Azərbaycana, o cümlədən onun sərhəd məntəqəsinə konsulluq əməkdaşlarını göndərir”, – o deyib.

“Biz İranı təhlükəsiz şəkildə tərk edə bilən avstraliyalılara bunu indi etməyi qətiyyətlə tövsiyə edirik. Gedə bilməyən və ya getmək istəməyənlərə yerində qalmağı və ehtiyat tədbirlərinə riayət etməyi məsləhət görürük”, – nazir vurğulayıb.

O həmçinin qeyd edib ki, cari vəziyyət və bağlı hava məkanı səbəbindən İranda konsulluq dəstəyi imkanları son dərəcə məhduddur. “Biz 24 saat fəaliyyət göstərən Konsulluq Fövqəladə Yardım Mərkəzi vasitəsilə işimizi davam etdiririk və böhran portalı vasitəsilə Avstraliya vətəndaşları ilə əlaqə saxlayırıq”, – Vonq əlavə edib.

Qeyd olunub ki, Yeni Zelandiya və İsveçrə də daxil olmaqla digər ölkələr də oxşar tədbirlər görüb və onlar da Tehranda öz səfirliklərinin fəaliyyətini dayandırıblar.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol