• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər

ABŞ Çinə çip istehsalat avadanlıqlarının təchizatını qadağan edə bilər
20.06.2025 22:04

ABŞ hakimiyyəti böyük yarımkeçirici istehsalçılarına xəbərdarlıq edib ki, Çin fabriklərinə ABŞ istehsalı olan avadanlıqların tədarükü üçün verilmiş icazələrin ləğvi nəzərdən keçirilir.Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun rəhbəri Ceffri Kessler sözügedən istehsalçılara – o cümlədən "Samsung Electronics", "SK Hynix" və "TSMC" şirkətlərinə – lisenziyaların ləğv edilə biləcəyini bildirib.

Hazırda bu şirkətlər Çin fabriklərinə ABŞ avadanlığını əlavə icazə almadan tədarük edə bilirlər. Lakin Vaşinqton bu imtiyazların dayandırılmasını nəzərdən keçirir.

WSJ yazır ki, əgər bu planlar həyata keçirilərsə, bu, həm diplomatik, həm də iqtisadi gərginliklərə yol aça bilər.Çin tərəfi bu addımı Londonda keçirilmiş danışıqlarda əldə edilmiş razılaşmaların pozulması kimi qiymətləndirə bilər.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol