• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail və İran məndən sülh üçün vasitəçilik istəyib -Tramp

İsrail və İran məndən sülh üçün vasitəçilik istəyib -Tramp
24.06.2025 09:12

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və İran ona eyni vaxtda  müraciət edərək münaqişənin dayandırılmasında və Yaxın Şərqdə sülhün bərqərar edilməsində kömək istəyiblər.

“İsrail və İran mənə demək olar ki, eyni vaxtda müraciət etdilər və dedilər ki, ‘Sülh!’ Mən bildim ki, vaxt yetişib. Sülh və Yaxın Şərq — əsl QALİBLƏR bunlardır!”, — Tramp  Social hesabında yazıb.

O əlavə edib ki, hər iki ölkəni gələcəkdə “böyük sevgi, sülh və rifah” gözləyir. Lakin xəbərdarlıq edib ki, “doğru və haqq yolundan çıxarlarsa, çox şey qazana, amma çox şey də itirə bilərlər”. “Tanrı onları qorusun”, — o vurğulayıb.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, tərəflər tam atəşkəs barədə razılığa gəliblər. Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, 12 saat sonra isə İsrail.

Tramp hesab edir ki, bu, 12 günlük müharibənin sonu olacaq.

Reuters agentliyinə danışan Ağ Evin nümayəndəsi bildirib ki, Tramp iyunun 23-də İsrailin baş naziri Benyamin Netanyahuyla telefon danışığı zamanı atəşkəs razılaşması əldə edib.

Paralel olaraq, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkof İran rəsmiləri ilə birbaşa və dolayı məsləhətləşmələr aparıblar.

Mənbənin sözlərinə görə, İsrail yalnız İranın yeni zərbələr endirməyəcəyi təqdirdə atəşkəsə razılıq verib. Tehran isə hərbi əməliyyatları davam etdirməyəcəyini bəyan edib.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol