• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Hindistana qarşı 50% rüsum tətbiq edib, nğvbədə Çin ola bilər

Tramp Hindistana qarşı 50% rüsum tətbiq edib, nğvbədə Çin ola bilər
07.08.2025 08:31

 ABŞ Prezidenti Donald Tramp Rusiya nefti aldığı üçün Hİndistana  qarşı 50%-lik gömrük rüsumları tətbiq etdiklərini bildirib və Çinlə bağlı da oxşar tədbirlərin mümkünlüyünü istisna etməyib.

Trampın sözlərinə görə, bu addımlar Ukrayna müharibəsinin dayandırılması məqsədi daşıyır.

“Biz artıq irəliləyiş əldə etmişik. Bu gün məhsuldar danışıqlar aparıldı. Əgər Rusiya və Ukrayna sülh razılığına gəlsə, rüsumlara yenidən baxıla bilər. Hələlik Hindistan 50% ödəyir,” — Tramp bildirib.

O əlavə edib ki, Vladimir Putinlə görüş tərəflər arasında irəliləyişdən asılı olacaq.

Ağ ev Rusiyanın görüşə maraq göstərdiyini təsdiqləyib.

Bu arada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff Moskva səfəri çərçivəsində Rusiya Prezidenti ilə üç saatlıq görüş keçirib.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya tərəfinin şərtləri daha aydın olub, lakin Tramp-Putin görüşünün baş tutması  üçün hələ çox iş görülməlidir.

Ukrayna Prezidenti Volodimir Zelenski Trampla telefon danışığında atəşkəsin “ədalətli və davamlı” olmalı olduğunu vurğulayıb.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol