• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Zəngəzur dəhlizindən danışıb

Ərdoğan Zəngəzur dəhlizindən danışıb
25.08.2025 23:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yalnız Zəngəzur dəhlizi layihəsi tam reallaşdıqdan sonra yeni mərhələyə keçə bilər.

“Report”un məlumatına görə, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra çıxışında danışıb. Onun sözlərinə görə, Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil, həm də region üçün sülh təşəbbüsüdür.

Ərdoğan qeyd edib ki, 224 kilometrlik Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti dəhlizin əsas sütununu təşkil edəcək. “Bu xətt iki xətli olacaq, elektrikləşdiriləcək və siqnalizasiya sistemi ilə təchiz ediləcək. İldə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınacaq”, – deyə o vurğulayıb.

Türkiyə lideri əlavə edib ki, dəyəri 2,4 milyard avro olan layihə istifadəyə verildikdən sonra Çindən Böyük Britaniyaya beynəlxalq ticarət marşrutu daha səmərəli olacaq və eyni zamanda Xəzər dənizi ilə Aralıq dənizini birləşdirəcək.

Gülnar

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol