• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Tramp görüşündə istədiyini aldı -Zelenski

Putin Tramp görüşündə istədiyini aldı -Zelenski
08.09.2025 06:17

Rusiya lideri Vladimir Putin Alyaskada ABŞ prezidenti Donald Trampla keçirilən sammitdə arzuladığını əldə edib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Məncə, prezident Tramp Putinə istədiyini verdi. O, ABŞ prezidenti ilə görüşmək istəyirdi və buna nail oldu. Bu, çox təəssüf doğurur”, - ABC News-un beynəlxalq müxbiri Marta Raddatsla müsahibəsində Zelenski deyib.

Zelenski Putinin onunla görüşməkdən imtina etdiyini, amma ABŞ lideri ilə şəkil və video nümayiş etdirmək istədiyini vurğulayıb.

O qeyd edib ki, Putin yalnız Moskvada görüş təklif edib, lakin bu mümkün deyi.

 “O, Kiyevə gələ bilər. Mən Moskvaya gedə bilmərəm, ölkəm hər gün raket zərbələrinə məruz qalarkən", -  Zelenski bildirib. 

Müsahibə Rusiyanın Mukaçevodakı ABŞ-a məxsus Flextronics zavoduna zərbə endirməsi fonunda qeydə alınıb.

Zelenski əlavə edib ki, müharibənin dayandırılması üçün ABŞ və Avropa tərəfdaşlarının Rusiyaya daha çox təzyiq göstərməsi vacibdir.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol