• $
  • €
  • ₽
  • ₺
  • £

Makron Trapma zəng edərək etiraz edib: Sizə görə çöldə gözləyirəm...

Makron Trapma zəng edərək etiraz edib: Sizə görə çöldə gözləyirəm...
23.09.2025 14:57

Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Donald Trampın kortejinin keçəcəyi küçədə polis mühasirəsi ilə qarşılaşıb və buna görə Fransanın Nyu-Yorkdakı səfirliyinə səfərini yarımçıq dayandırmağa məcbur olub. Hadisə ilə bağlı məlumatı Brut onlayn portalı yayıb.

Polis, Makrona küçədəki hərəkətlərin dayandırıldığını bildirərək, “Çox üzr istəyirəm, cənab prezident, hazırda hər şey bağlıdır” deyib. Bu zaman Makron, vəziyyətin izahını almaq üçün ABŞ Prezidenti Donald Trampa telefonla zəng edərək, ona baş verənləri çatdırıb. “Təsəvvür edirsiniz, mən çöldə gözləyirəm, çünki sizin üçün hər şey bağlıdır”, –  Makron, Trampa narazılığını ifadə edib.

Hadisədən sonra, Makron şəhərdə yarım saat daha gəzərək, BMT-nin binasında keçirilən Fransa və Səudiyyə Ərəbistanının təşkil etdiyi konfransın ardından, Fələstin dövlətçiliyinin tanınması ilə bağlı bəyanat verib.

Sentyabrın 21-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San Marino və Fransa Fələstin dövlətini tanıdıqlarını açıqlayıb. Bir gün sonra, sentyabrın 21-də isə Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini rəsmən tanıyıblar. Bu ölkələrin bəyanatlarında "iki xalq üçün iki dövlət" prinsipinə sadiqlik, həm Fələstin, həm də İsrail xalqları üçün sülh və təhlükəsizlik yolunun açarı olduğu vurğulanıb.

Gülnar 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol