• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynda 300 mindən çox könüllü IT ordusu könüllüsü toplayıb

Ukraynda 300 mindən çox könüllü IT ordusu könüllüsü toplayıb
09.10.2025 13:49

Ukrayna Rusiya ilə müharibənin ilk mərhələsində 300 mindən çox könüllüdən ibarət “IT ordusu” formalaşdırıb. Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası Aparatının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Xidmətinin rəisi, Milli Kibertəhlükəsizlik Koordinasiya Mərkəzinin katibi Nataliya Tkaçuk Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində bildirib.

Tkaçukun sözlərinə görə, bu könüllülər yalnız Ukraynadan deyil, digər ölkələrdən də qoşulub və həm müdafiə, həm də əks-kiberhücum əməliyyatlarında iştirak ediblər.

O, qeyd edib ki, Rusiya ilə kibermübarizə 2015-ci ilin sonunda Ukraynanın enerji infrastrukturuna edilən “Black Energy” virus hücumu ilə başlayıb: “O zaman 300 minə yaxın insan və müəssisə bir neçə saatlıq işıqsız qalmışdı. Həmin hadisə kiberhücumların fiziki silahlarla birgə istifadə olunduğu ilk nümunə idi",- o bildirib.

Tkaçuk əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü fonunda kiberhücumlar müharibənin daimi tərkib hissəsinə çevrilib.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol