• $
  • €
  • ₽
  • ₺
  • £

Vaşinqtondakı tarixi addım Ermənistan və Azərbaycanı uzunmüddətli sülhə yaxınlaşdırdı - Kalas

Vaşinqtondakı tarixi addım Ermənistan və Azərbaycanı uzunmüddətli sülhə yaxınlaşdırdı - Kalas
29.10.2025 18:05

 Ermənistan və Azərbaycan arasında sülh prosesi regionu sabitliyə və uzunmüddətli sülhə yaxınlaşdırır. Bunu  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaia Kalas bildirib.

Kalasin Yerevanda keçirilən Avronest Parlament Assambleyasının 12-ci plenar sessiyasına ünvanladığı mesaj onun adından Aİ Xarici Fəaliyyət Xidmətinin direktor müavini Odrone Perkauskininkai tərəfindən təqdim olunub.

“Avqustun 8-də Vaşinqtonda atılan tarixi addım regionu sabitliyə və davamlı sülhə yaxınlaşdırıb. Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyirik və regionun firavanlıq və inkişafa doğru irəliləməsinə açıq dəstək veririk”, – Kalasın mesajında deyilir.

Aİ rəsmisi qeyd edib ki, nizamlanma prosesi yeni iqtisadi imkanlar, açıq sərhədlər və güclənən transsərhəd əlaqələr vəd edir.


“Hazırkı proses insanlar arasında etimadın və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edəcək”, – o əlavə edib.

Kalas, həmçinin, Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərin dərinləşdiyini vurğulayıb. 


“İkitərəfli münasibətlərdəki son hadisələr göstərir ki, Ermənistan öz dəyərləri və demokratik prinsipləri ilə bizə yaxınlaşır", - bildirib.

Aytac 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol