• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Çin mallarına qarşı artırılmış rüsumların tətbiqini bir il təxirə salıb

Tramp Çin mallarına qarşı artırılmış rüsumların tətbiqini bir il təxirə salıb
06.11.2025 22:24

Vaşinqton ABŞ Prezidenti Donald Trampın Çin Sədri Şi Cinpinlə danışıqlarının nəticələrinə əsasən, Çin mallarına qarşı artırılmış cavab rüsumlarının tətbiqini bir il müddətinə – 10 noyabr 2026-cı il tarixinədək təxirə salıb.Bu barədə məlumat Trampın Federal Reyestrdə dərc olunmuş bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur ki, ABŞ və Çin rəhbərləri iqtisadi və ticarət əlaqələri sahəsində tarixi razılaşma əldə ediblər. Razılaşmaya əsasən, Çin nadir torpaq elementləri və digər strateji əhəmiyyətli faydalı qazıntıların ixracına qoyulmuş məhdudiyyətləri dayandırmağa, eləcə də ABŞ-nin yarımkeçirici istehsalçıları və bu sahədə fəaliyyət göstərən böyük şirkətlərə qarşı mövcud problemləri aradan qaldırmağa razılaşıb.

Sənəddə həmçinin bildirilir ki, Çin 31 dekabr 2026-cı il tarixinə qədər ABŞ kənd təsərrüfatı məhsullarına qarşı rüsumların tətbiqini dayandıracaq və ABŞ-dən idxal olunan mallara dair rüsumların qüvvəyə minməsini 10 noyabr 2026-cı ilədək təxirə salacaq.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol