• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı “Hərbi Şengen” yaradır

Avropa İttifaqı “Hərbi Şengen” yaradır
19.11.2025 21:06

Avropa Komissiyasının Kollegiyası bu gün Avropa İttifaqında hərbi mobilliyin artırılması və qoşunların, texnikanın sürətli və maneəsiz hərəkətini təmin etmək üçün “hərbi çeviklik” üzrə təkliflər paketini təsdiqləyib.Bu barədə “Evropeyskaya Pravda” məlumat yayıb.

Təkliflər paketini Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təqdim edib. Layihənin əsas məqsədi 2027-ci ilə qədər bütün Avropanı əhatə edən “hərbi Şengen” məkanının yaradılmasıdır. Bu, Avropa boyunca qoşunların və hərbi texnikanın hərəkətini daha sürətli, təhlükəsiz və koordinasiyalı edəcək.

“Bazar ertəsi Polşa dəmir yoluna edilən hücumdan başlamaq istəyirəm. Bu hadisə Avropanın nəqliyyat infrastrukturunun misli görünməmiş risklə üz-üzə olduğunu göstərir. Rusiyanın hücumları getdikcə daha cəsarətli olur. Kritik infrastrukturumuz daha güclü qorunmasına ehtiyac duyulur”, – Kallas vurğulayıb.

O qeyd edib ki, Avropa hərbi qüvvələrinin sürətli hərəkəti Avropanın müdafiəsi üçün həyati əhəmiyyət daşıyır.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol