• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiya əcnəbilər üçün viza haqqını artırır

Yaponiya əcnəbilər üçün viza haqqını artırır
20.11.2025 21:53

Yaponiya ölkədə yaşayan əcnəbilərin sayının artması fonunda gələn maliyyə ilindən xarici rezidentlər üçün viza haqqını əhəmiyyətli dərəcədə artıracaq.Bu barədə Yaponiya mediası xəbər verir.

İllik və daha çox müddətə daimi yaşayış icazəsinin yenilənməsinin rüsumu 6 min yendən 40 min yenə (təxminən 250 ABŞ dollarına) qaldırılacaq. Daimi yaşayış icazəsinin əldə olunması üçün tələb olunan 10 min yen dəyərindəki rüsum isə 10 dəfə artırılacaq. Hökumət vizalardan əldə olunacaq əlavə gəlirləri multikulturalizmə dəstək siyasətinin gücləndirilməsinə yönəldəcək.

Yeni viza rüsumlarının qərb ölkələrinin standartlarına uyğun olacağı gözlənilir. Bildirilir ki, Baş nazir Sanae Takaiçi ayın əvvəlində hökumətin xarici siyasət məsələlərinə dair iclasında viza ödənişlərinin inkişaf etmiş ölkələrin tələblərinə uyğun olaraq artırılması barədə göstəriş verib.

Yaponiya miqrasiya qurumunun məlumatına görə iyun ayının sonuna ölkədə yaşayan xarici vətəndaşların sayı rekord həddə (3 milyon 956 min nəfər) çatıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol