• $
  • €
  • ₽
  • ₺
  • £

Polşa və Qazaxıstan bu il qızılın ən iri alıcıları olub – WGC

Polşa və Qazaxıstan bu il qızılın ən iri alıcıları olub – WGC
24.11.2025 18:15

Polşa və Qazaxıstan 2025-ci ildə qızıl ehtiyatlarını ən çox artıran ölkələr olub. BestBrokers-in Ümumdünya Qızıl Şurasına (WGC) istinadən verdiyi məlumata görə, Polşa 67,1 ton, Qazaxıstan isə 32,4 ton qızıl alıb.

Çin 22,7 tonla üçüncü yeri tutub. İlk onluqda Türkiyə, Çexiya, Kamboca, Qana, Qətər, Hindistan və Serbiya yer alıb.

Analitiklər qızılın yüksək inflyasiya, bazar və geosiyasi risklər fonunda “təhlükəsiz liman” kimi daha çox tələb gördüyünü bildirirlər.

Bir sıra ölkələr isə ehtiyatlarını azaldıb. Ən böyük satışlar Özbəkistan (–16,8 ton), Sinqapur (–15,8 ton), İndoneziya (–12,9 ton), Rusiya (–6,2 ton) və Almaniya (–1,3 ton) üzrə qeydə alınıb. WGC-yə görə, Rusiya 17 il ardıcıl artırdıqdan sonra ilk dəfə 2025-ci ildə ehtiyatlarını azaldıb.

Hazırda ən böyük qızıl ehtiyatlarına malik ölkələr ABŞ (8 133 ton), Almaniya (3 350 ton), İtaliya (2 451 ton), Fransa (2 437 ton) və Rusiya (2 329 ton) olaraq qalır.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol