• $
  • €
  • ₽
  • ₺
  • £

Netanyahu ölkə prezidentindən əfv istəyib

Netanyahu ölkə prezidentindən əfv istəyib
30.11.2025 15:56

İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İsaak Hersoqa rəsmi şəkildə əfv müraciəti təqdim edib.Bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, Ədliyyə Nazirliyinin əfv şöbəsi nazirliyin bütün aidiyyəti qurumlarının rəylərini toplayacaq və sonra tövsiyələri hüquqi müşavirlərə təqdim edəcək.

İsrail prezidenti məhkəmə qərarı ilə məhkum olunmuş şəxsləri əfv edə bilər və çox nadir hallarda məhkəmə prosesi başa çatmamışdan əvvəl də əfv qərarı verə bilər. Bir şərt var ki, qərar yalnız ictimai marağa uyğun olduğu halda verilir.

Netanyahuya qarşı korrupsiya istintaqı 2016-cı ilin dekabrında başlayıb, 2019-cu ildə isə ona bir neçə korrupsiya işi üzrə rəsmi ittiham irəli sürülüb. Netanyahu ittihamları rədd edir. Noyabr ayında ABŞ prezidenti Donald Tramp Hersoqa müraciət edərək Netanyahunun əfv edilməsini xahiş etmişdi. Netanyahu isə bildirmişdi ki, əgər bu, onun günahını etiraf etməsi anlamına gələcəksə, əfv istəməyəcək.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol