• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Sülh İnstitutunun adı Donald Trampın şərəfinə dəyişdirilib

ABŞ Sülh İnstitutunun adı Donald Trampın şərəfinə dəyişdirilib
04.12.2025 09:33

ABŞ Dövlət Departamenti Vaşinqtonda yerləşən ABŞ Sülh İnstitutunun (USIP) adını prezident Donald Trampın şərəfinə dəyişdiyini açıqlayıb. Qərar instituta 40 ilə yaxın müddətdə ilk dəfə belə dəyişiklik edilməsi ilə diqqət çəkib.

Dövlət Departamenti X platformasında yayımladığı bəyanatda Trampı “ölkə tarixində ən böyük danışıqlar aparan şəxs” adlandıraraq quruma “Donald Tramp Sülh İnstitutu” adının verildiyini bildirib. Paylaşımda binanın üzərinə yeni adın yazıldığı foto da təqdim olunub.

CNN-in məlumatına görə, Tramp administrasiyası bu ilin əvvəlində büdcə ixtisarlarına görə institutu faktiki olaraq bağlamışdı.

ABŞ Sülh İnstitutu 1984-cü ildə Konqres tərəfindən beynəlxalq münaqişələrin həlli üçün yaradılmışdı və dövlət tərəfindən maliyyələşdirilən nadir qeyri-partiya tədqiqat qurumlarından biri sayılır.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol