• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanında edamların sayı ikinci ildir ardıcıl rekord səviyyəyə çatıb

Səudiyyə Ərəbistanında edamların sayı ikinci ildir ardıcıl rekord səviyyəyə çatıb
22.12.2025 10:45

Səudiyyə Ərəbistanında edamların sayı ardıcıl ikinci ildir rekord həddə yüksəlib. Britaniyanın insan haqları təşkilatı Reprieve-in məlumatına görə, ölkədə bu il azı 347 nəfər edam edilib.

Bu göstərici 2024-cü ildə qeydə alınan 345 edamdan çoxdur. Təşkilat bunu “monitorinqin başlanmasından bəri krallıqda ən qanlı il” kimi qiymətləndirib.

Son edamlar narkotiklə əlaqəli cinayətlərdə təqsirli bilinən iki Pakistan vətəndaşı ilə bağlı olub.

Bu il edam edilənlər arasında cinayətlərin törədildiyi vaxt uşaq olduğu iddia edilən bir jurnalist və iki gənc kişi, eləcə də beş qadın da var.

Reprieve bildirib ki, edam edilənlərin təxminən üçdə ikisi BMT tərəfindən “beynəlxalq norma və standartlara zidd” hesab olunan, itki ilə nəticələnməyən narkotik cinayətlərinə görə məhkum edilib. Edam edilənlərin yarıdan çoxu xarici vətəndaşlar olub.

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol