• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Venesuelaya neft hasilatının bərpası üçün sərt şərtlər irəli sürüb

ABŞ Venesuelaya neft hasilatının bərpası üçün sərt şərtlər irəli sürüb
07.01.2026 14:41

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuelaya neft sənayesinin yenidən işə salınması və əlavə neft hasilatına icazə verilməsi müqabilində sərt siyasi və iqtisadi şərtlər təqdim edib. Bu barədə American ABC News məlumatlı mənbələrə istinadən xəbər verib.

Məlumata görə, Vaşinqtonun əsas tələblərindən biri Çin, Rusiya, İran və Kuba nümayəndələrinin Venesueladan dərhal çıxarılması, eləcə də Karakasın bu ölkələrlə bütün iqtisadi əlaqələri kəsməsidir. Digər əsas şərt isə Venesuelanın neft hasilatı sahəsində yalnız ABŞ-la əməkdaşlığa razı olması və ağır xam neft satışında Amerika bazarına üstünlük verməsidir.

ABŞ dövlət katibi Marko Rubio qanunvericilərlə qapalı görüşdə bildirib ki, Vaşinqton Venesuelanı bu şərtləri qəbul etməyə məcbur etmək üçün kifayət qədər vasitələrə malikdir. Onun sözlərinə görə, Venesuelanın neft tankerləri hazırda tam doludur və satış imkanlarının məhdudlaşması ölkəni maliyyə iflası həddinə gətirib.

Rubio qeyd edib ki, Karakasın təxminən iki həftəlik vaxtı qalıb və bu müddətdə neft ehtiyatları satılmasa, ölkə tam müflis ola bilər.

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rocer Viker də Ağ Evin strategiyasının Venesuelanın neft ehtiyatları üzərində nəzarətin gücləndirilməsinə yönəldiyini təsdiqləyib. O bildirib ki, plan ABŞ qoşunlarının Venesuelaya yerləşdirilməsini nəzərdə tutmur, lakin neft daşıyıcıları və tankerlərin hərəkəti üzərində ciddi nəzarəti ehtiva edir.

Vikerin sözlərinə görə, ABŞ Venesuela neftinin Havanaya daşınmasına və ya Çinə güzəştli şərtlərlə verilməsinə imkan verməyəcək. O əlavə edib ki, Venesuela artıq neft istehsalını artırmaq imkanına malik deyil, çünki mövcud ehtiyatları saxlamaq üçün ölkədə kifayət qədər infrastruktur yoxdur.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol