• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda güclü yağış və fırtına bir sıra fəsadlar yaradıb

İstanbulda güclü yağış və fırtına bir sıra fəsadlar yaradıb
08.01.2026 16:18

İstanbulda fasilələrlə yağan güclü yağış və şiddətli fırtınalar şəhərin müxtəlif bölgələrində fəsadlara səbəb olub. Məlumatı Türkiyə mətbuatı yayıb. 

Şəhərin bir neçə küçəsində ağaclar qırılıb və nəqliyyat vasitələrinə zərər dəyib. Büyükçekmecede D-100 avtomobil yolundakı yeraltı keçid külək və dəniz suyunun dolması səbəbindən nəqliyyatın hərəkətini çətinləşdirib. Mimaroba məhəlləsində bir yaşayış kompleksinin bağçasındakı ağac aşıb, eyni kompleksdə binanın fasadının bir hissəsi küləyin təsiri ilə qopub. Bahçelievlerdə ağacın aşması nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Tuzla sahilində isə fırtına dalğaların hündürlüyünü artırıb, bir çox qayıq sahilə çırpılıb və ya batıb.

Bundan əlavə, güclü külək Ayasofya Böyük Məscidindəki Memar Sinan Minarəsinin uc hissəsini məscidin bağçasına aşırıb.

Yağışlı hava səbəbindən yollarda sürüşkənlik yaranıb və 7 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib, nəticədə yolların bir hissəsində tıxac yaranıb.

Aytac 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol