• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiya yaşıl enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır

Yaponiya yaşıl enerji sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır
30.01.2026 21:23

Yaponiya energetikanı, o cümlədən yaşıl enerjini Azərbaycanla əməkdaşlığın prioritet istiqaməti hesab edir.

Bu barədə reporta Yaponiyanın Azərbaycandakı səfiri Katuya Vatanabe məlumat verib.

O Azərbaycanı çox cəlbedici ölkə kimi xarakterizə edib və ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensialı vurğulayıb.

"Prioritet istiqamət energetikadır, o cümlədən yaşıl enerji. Bundan əlavə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur", - Vatanabe qeyd edib.

Səfir xatırladıb ki, Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın son iclası keçən il Tokioda keçirilib.

"Ənənəyə uyğun olaraq, növbəti iclas Bakıda keçiriləcək. Dəqiq tarix hələ məlum deyil, lakin tərəflər bu məsələni yaxın zamanda müzakirə etməyi planlaşdırırlar. Həmçinin bu il xarici işlər nazirlikləri arasında məsləhətləşmələr də keçiriləcək", - o bildirib.

Vatanabe qeyd edib ki, ötən il tərəflər informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar və cari ildə onun həyata keçirilməsi üçün daha konkret mexanizmlərinin müzakirəsi planlaşdırılır

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol