• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ kəşfiyyat rəhbəri tərəfindən yaradılan qrupun fəaliyyəti dayandırılıb

ABŞ kəşfiyyat rəhbəri tərəfindən yaradılan qrupun fəaliyyəti dayandırılıb
11.02.2026 10:48

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard ötən il yaratdığı Direktorun Təşəbbüslər Qrupunun (DIG) fəaliyyətinin dayandırıldığını açıqlayıb. Bu barədə o Reuters agentliyinə müsahibəsində deyib.


Qabbard qeyd edib ki, qrup əvvəlcə kəşfiyyat agentliklərinin siyasiləşdirilməsinin qarşısını almaq və prezidentin sərəncamlarının icrası da daxil olmaqla yüksək prioritetli, qısamüddətli layihələri həyata keçirmək üçün müvəqqəti təşəbbüs kimi yaradılıb.

Onun sözlərinə görə, DIG üzvləri hazırda Milli Kəşfiyyat İdarəsinin digər struktur bölmələrinə inteqrasiya olunub.

“Direktorun Təşəbbüslər Qrupu prezidentin sərəncamlarının icrası da daxil olmaqla, yüksək prioritetli, qısamüddətli layihələri dəstəkləmək üçün resurslar təmin etmək məqsədilə müvəqqəti təşəbbüs kimi yaradılıb,” – Qabbard bildirib.

“Qrupa müvəqqəti olaraq təyin olunmuş mütəxəssislərin təcrübə və bacarıqlarından istifadə etməklə və onları müxtəlif komandalarımıza inteqrasiya etməklə nəticələr əldə etməyə davam edirik",- o əlavə edib. 

Bununla belə, Qabbardın əleyhdarları DIG-i tənqid edərək onun Donald Trump administrasiyasının qərəzli siyasi gündəliyinə xidmət etdiyini iddia ediblər.
Reuters-ə danışan iki mənbə qrupun buraxdığı səhvlər səbəbindən dağıldığını bildirib. Lakin Qabbardın ofisinin sözçüsü qanun pozuntusu ilə bağlı iddiaları qəti şəkildə rədd edib və qurumun əvvəlcədən müvəqqəti xarakter daşıdığını vurğulayıb.
DIG-in bağlanması ABŞ kəşfiyyat sistemində struktur dəyişiklikləri və siyasi təsir məsələləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Gülnar

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol