Netanyahu baş nazir postunu Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib

İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması məqsədilə rotasiyanın ilk mərhələsində vəzifəsini “Yaşar” partiyasının sədri Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib.Bu barədə “Ynet” məlumat yayıb.
Netanyahu özü isə həmin müddətin əvvəlində baş nazirin müavini vəzifəsini tutmağa hazırdır.
Onun sözlərinə görə, təhlükəsizlik təhdidləri fonunda o, hətta baş nazirin ən böyük partiyanın lideri olması prinsipindən də imtina etməyə hazırdır.
“Ekzistensial təhlükənin miqyasını nəzərə alaraq, lider kimi məsuliyyətim məndən hər şeyi bir kənara qoymağı və Qadi Ayzenkotun əvvəlcə baş nazir vəzifəsini tutmasını, mənim isə müddətin əvvəlində onun müavini olmağımı qəbul etməyimi tələb edir”, - Netanyahu qeyd edib.
O, Ayzenkotu dərhal ciddi danışıqlara başlamağa çağırıb. Netanyahu hər iki tərəfin İsrailin təhlükəsizliyini və gələcəyini təmin edə biləcək milli birlik hökumətinin yaradılması naminə kompromislərə hazır olacağına ümid etdiyini bildirib.























