• $
  • €
  • ₽
  • ₺
  • £

Putindən erməniləri “vur” əmri

Putindən erməniləri “vur” əmri
15.01.2015 14:49
İqor Muradyan Gürmü faciəsində Kremli günahlandırır

Gümrü qətliamı ilə Kreml Ermənistanı cəzalandırıb. ANS PRESS-in məlumatına görə, bu fikri ilə sürən erməni politoloq İqor Muradyan iddia edir ki, Avrasiya İttifaqına girməsinə baxmayaraq, Kreml Ermənistanın Rusiyanın təsir zonasından çıxmaq istədiyini anlayır. 

"Buna görə də qabaqlayıcı cəza tədbiri ilə erməniləri cəzalandırmaq, ata biləcəkləri addımlar barədə xəbərdarlıq etmək qərarına gəliblər”,- deyə Muradyan vurğulayıb. 

Politoloqun fikrincə, ruslar Ermənistandakı indiki siyasi vəziyyətlə razı deyillər və hüquqi cəhətdən ölkəni Rusiyanın müstəmləkəsinə çevirmək niyyətindədirlər. "İri hərbi münaqişə baş verərsə, rus qoşunlarının özünü necə aparcağına heç kim Ermənistanda cüzi bir təsəvvürə belə malik deyil”,- deyə erməni politoloq vurğulayır. 

Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb. 

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol