• $
  • €
  • ₽
  • ₺
  • £

"WhatsApp" azərbaycanlı istifadəçilərə 24 saat vaxt qoydu

"WhatsApp" azərbaycanlı istifadəçilərə 24 saat vaxt qoydu
21.01.2015 12:38
Azərbaycanlı sosial şəbəkə istifadəçiləri ölkədə populyar messencer olan WhatsApp-a dair şikayətlər yaymağa başlayıblar.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, istifadəçilər proqramın onlar üçün girişi bloka saldığını, yenidən giriş üçün isə 24 saat vaxt lazım olduğunu yazırlar (skrinşot əlavə edilib).

Biz öz növbəmizdə mobil messencerin bu blokunun səbəblərini araşdırmaq qərarına gəldik.

Messencerin rəsmi saytında, FAQ bölməsində yazılana görə, əgər istifadəçinin fəallığının qaydaları pozmasına dair şirkətdə şübhə yaranarsa, WhatsApp akkauntu bağlanılır.

"Siz müvəqqəti bağlanma haqqında xəbərdarlıq alacaqsınız. Blok zamanı WhatsApp akkauntunuza giriş mümkün olmayacaq. Siz öz akkauntunuzu taymerdəki vaxt bitdikdən sonra istifadə edə bilərsiniz”, - şirkətin saytında bildirilir və akkauntun müvəqqəti bloka atılmasına səbəb olacaq davranışlar göstərilir:

- Sizin telefon nömrəniz olmayan istifadəçilərə mesaj göndərməniz. Əmin olun ki, sizin WhatsApp-da olan nömrələriniz, sizin telefon nömrənizi telefon kitabçasına qeyd edib.
- Siz çoxsaylı istifadəçi tərəfindən qısa bir müddət ərzində blok edilmisiniz. Sizdən mesaj almaq istəyən insanlarla ünsiyyət qurun.
- Sizin telefon nömrənizin olmadığı istifadəçilərlə qrupların yaradılması. Əmin olun ki, WhatsApp-da əlaqə qurduğunuz adamlar sizin telefon nömrənizi telefon kitabçalarına qeyd ediblər.
- Eyni mesajın çoxsaylı istifadəçilərə göndərilməsi. Bütün kontaktlarınıza eyni mesajı yollamaq üçün göndərmə siyahısını istifadə edin.
- Reklam və digər bu qəbildən olan kommersiya təkliflərinin göndərilməsi.
- Spam və ya digər arzuolunmaz məlumatın göndərilməsi.
- Qanunsuz, senzuraya zidd, təhqiredici, hədələyici, narahatedici, nifrət yaradan və ya irqi, etnik qarşıdurmaya səbəb olacaq qıcıqlandırıcı materialların (status, foto və ya mesaj) və ya digər yolverilməz məlumatın göndərilməsi.
 - Digər istifadəçiləri bezdirmək.
 - Daimi qayda pozuntuları
 - WhatsApp-da avtomatik və ya qeyri-rəsmi əlavə vasitəsilə mesaj göndərmək (whatsapp+, - red.)

Məqalədə o da qeyd olunub ki, blokdan sonra istifadəçinin dostları onu 72 saat ərzində Seçilmiş kateqoriyasında və öz telefon kitabçalarında seçə bilmirlər.

ANN.Az
 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Иране в ДТП с автобусом погибли пять человек, еще 17 пострадали
Dünya 23:54
В Иране в ДТП с автобусом погибли пять человек, еще 17 пострадали
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol