• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna hökumətində azərbaycanlı

Ukrayna hökumətində azərbaycanlı
13.02.2015 14:02
Nazirlər Kabineti beş əcnəbinin namizədliyini təsdiqlədi.

Ukrayna Nazirlər Kabineti "İqtisadiyyat üçün xüsusi əhəmiyyətli müəssisələrə rəhbər təyin etmə üzrə Komitə”nin tərkibinə daxil olacaq beş əcnəbinin namizədliyini təsdiqlədi, Ukrayna hökumətinin sərəncamında qeyd edilib.

Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Komitənin tərkibinə əcnəbilərdən başqa Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, İnfrastruktur Nazirliyinin, Energetika və Kömür Sənayesi Nazirliyi və Aqrar Siyasət Nazirliyinin nümayəndələri də daxil olacaq. Bütün namizədlər öncədən Nazirlər Kabinetində təsdiqlənirlər.  

Bu ərəfədə hökumət Şevko Acuner (Türkiyə), Çimayo Fan (ÇXR), Rüfət Əlimərdanov (Azərbaycan), Algirdas Şemeta (Litva) və Corc Loquş (ABŞ) kimi ekspertlərin namizədliyini təsdiqləyib.  

Rüfət Əlimərdanov Ukraynada və Belarusda Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) regional nümayəndəliyinin rəhbəridir. Buna qədər o bir neçə il Moskvada Mərkəzi və Şərqi Avropada investisiyalar üzrə Departamentinin Baş müşaviri vəzifəsində çalışıb, istehsalat və xidmət sahəsində, eləcə də Mərkəzi və Şərqi Avropada, Belarusda layihələr də daxil olmaqla kimya və neft üzrə yeni layihələr üzərində çalışan qrupa rəhbərlik edib.

İFC 1997-ci ildən işləməyə başlayıb və ərzaq sənayesinin investisiyası, Bosniya və Hersoqovinada, Bolqariya, Xorvatiya, Kiprdə, Meksikada, Portuqaliyada, Rumıniyada, Rusiya, Belarusda, Yuqoslaviya və Türkiyədə istehsalat və maliyyə bazarı sahəsində təcrübəyə malikdir. İnvestisiya sahəsində işə qədər, cənab Əlimərdanov DSC Communications və Kommersiya banklarında çalışıb. MBA dərəcəsi və CFA sertifikatı var, Texas Christian University və University of Texas at Austin-də təhsil alıb.

Rusiyada CFA cəmiyyətinin üzvüdür. Hal-hazırda Rusiyada çalışan bir neçə özəl investisiya fondunun müşahidə şurasının üzvüdür.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol