• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva Vatikanın mədəniyyət naziri ilə görüşdü - Fotolar

Mehriban Əliyeva Vatikanın mədəniyyət naziri ilə görüşdü - Fotolar
05.03.2015 23:44
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 5-də Vatikanda Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə görüşüb.
 
ANN.Az AzərTAc-a istinadən xəbər verir ki, nazir Canfranko Ravazi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayaraq onun ölkəmizlə Vatikan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsindəki fəaliyyətini yüksək qiymətləndirdi. Canfranko Ravazi humanitar və mədəniyyət sahələrində dövlətlərimiz arasında həyata keçirilən layihələrin nadir xarakter daşıdığını bildirdi. O, Roma katakombalarının, Vatikan Apostol Kitabxanasındakı bəzi nadir əlyazmaların bərpası və elektronlaşdırılması, həmçinin digər layihələrin icrası ilə bağlı Mehriban Əliyevanın göstərdiyi xidmətləri müsəlman ölkəsi olan Azərbaycan tərəfindən atılan mühüm tarixi addım kimi qiymətləndirdi. Canfranko Ravazi ölkəmizdəki tolerantlığın və Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfənin Müqəddəs Taxt-Tac tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırdı.
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Vatikan ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirdi. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tac ilə bağlı bir sıra layihələrdə iştirakının bundan sonra da davam etdiriləcəyini vurğuladı. Qeyd etdi ki, bu layihələrin təkcə xristian dünyası üçün yox, bütün bəşəriyyət üçün xüsusi dəyəri var. Azərbaycanın birinci xanımı ölkəmizin bundan sonra da bu cür layihələrin icrasında iştirak etməyə sadiq qalacağını dedi.
 
Mehriban Əliyeva Canfranko Ravazini bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəvət etdi.

ANN.Az
 




Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol