• $
  • €
  • ₽
  • ₺
  • £

Baş transfer ediləcək - İLK DƏFƏ+FOTOLAR

Baş transfer ediləcək - İLK DƏFƏ+FOTOLAR
09.04.2015 13:50
Elm aləmində "dəlisov" kimi tanınan çılğın italyan cərrahın baş nəqli layihəsinə razılıq verən bir nəfər rusun başı  gələcək il 36 saat davam edən əməliyyatla daha sağlam bir bədənə transfer olacaq.

Rus kompüter mühəndisi Valeri Spiridonov dünyanın ilk bədən nəqli əməliyyatına könüllü olub. Anadangəlmə bir xəstəliyi olan 30 yaşlı rus insan zəkasının sağlam bir bədənə nəql edilməsini irəli sürən italiyalı cərrah Sergio Canaveroya güvəninin tam olduğunu deyib.
 
11 MİLYON DOLLARLIQ XƏRC

Ölmədən öncə sağlam bir bədəndə yaşamaq şansını dəyərləndirmək istədiyini vurğulayan Spiridonov əməliyyatın gələcək il reallaşmasını ümid edir. Canavero və Spiridonovun bu ana qədər yalnız internet üzərindən ünsiyyət qurduqları, ikilinin yaxın zamanda bir araya gəlməyi planlaşdırdığı qeyd edilib. Təxminən 36 saat davam etməsi nəzərdə tutulan əməliyyatın 11.2 milyon dollara başa gələcəyi hesablanır.
 
Donor beyin ölümünün baş verdiyi sağlam bir şəxsdən gəlməsi tələb olunur. Canavero əməliyyat zamanı xəstənin başının donor bədənə "polietilen glikol" adlı yapışqan maddəylə birləşdiriləcəyini deyir.
 
 
 
150 HƏKİM VƏZİFƏ ALACAQ

Əzələlərin və damarların tikilməsindən sonra xəstə 4 həftəlik bir koma dövrünə buraxılacaq. Bunun sayəsində bədən başını tərpətmədən sağalma prosesi keçəcək. İtaliyalı cərrah təxminən 150 həkim və tibb bacısının əməliyyatda iştirak edəcəyini deyib.
 
 
 
EKSPERTLƏR: "MÜMKÜN DEYİL"

Bir çox həkim və tibb mütəxəssisi baş nəqlinin hazırda mümkün olmadığını bildirirlər. Əlil bir bədənə malik olan Valerinin bu istəyini qəbuledilməz hesab edirlər.
 
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol