• $
  • €
  • ₽
  • ₺
  • £

İnternetdə yüklənmə rekordu qırır - Fotolar

İnternetdə yüklənmə rekordu qırır - Fotolar
30.04.2015 21:52
İnternet vasitəsilə canlı yayım etmək imkanı verən "Periscope" yüklənmə rekordu vurur.

ANS PRESS-in məlumatına görə, tətbiqetməni 10 gündə 1 milyon istifadəçi yükləyib. Tvitterin baş icraçı direktoru Dik Kostolo bu rəqəmləri açıqlayarkən bildirib ki, tətbiqetmənin bu qədər çox yüklənməsində tvitterin 300 milyona yaxın istifadəçisinin də böyük rolu var.

Bu tətbiqetmənin sayəsində insanlar internet vasitəsilə canlı yayım edə bilirlər. Sosial şəbəkə kimi işləyən bu tətbiqetmənin istifadəçiləri ağıllı telefonlar vasitəsilə bir-birini izləyə, canlı yayım zamanı müzakirəyə qoşula bilirlər. 

Qeyd edək ki, "Periscope"u 2 il əvvəl Türkiyədə etirazları görən iranlı təşəbbüskar öz ortağı ilə yaradıb. Kayvon Beykpour adlı həmin şəxs iğtişaşlar zamanı insanların şəkil, video çəkdiyini görüb. O, ABŞ-a qayıdaraq ortağı Cozef Bernsteynə yeni ideyası haqqında danışıb. Beləliklə, onlar birlikdə "Periscope"u ərsəyə gətiriblər. Bu ilin ilk aylarında isə tvitter 100 milyon dollara həmin tətbiqetməni alıb. 

Hələlik ödənişsiz olaraq yalnız iPhone telefonlarına yüklənən "periscope"un istifadəçiləri o qədər də çox deyil. Lakin 288 milyondan çox istifadəçisi olan tvitter sayəsində tətbiqetmənin tezliklə geniş yayılacağı güman edilir.
 




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol