• $
  • €
  • ₽
  • ₺
  • £

Facebook-dan daha bir yenilik

Facebook-dan daha bir yenilik
05.05.2015 11:59
Dünyanın ən populyar sosial şəbəkəsi Facebook daha bir yeniliyə imza atır.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkə "Instant Articles" adlı yeni xidmətini işə salmaq niyyətindədir. Bu yenilik vasitəsilə xəbər saytlarının məzmunlarını sosial şəbəkəyə bir başa təqdim ediləcək. 

Hazırda mobil cihazlardan Facebook-dakı xəbərlərin açılma müddəti orta hesabla 8 saniyədir. Veb saytların sosial şəbəkədə paylaşılan xəbərləri artıq bir saniyəyə açılacaq. "Buzzfeed", "New York Times" və "National Geographic" kimi yayımçılar Facebook-un bu addımını müsbət qiymətləndirir. 

Facebook yeni xidmətini işə salmaq və yayımçıların marağını cəlb etmək üçün bir sıra güzəştlər də təklif edir. Media təşkilatlarında maraq yaratmaq üçün sosial şəbəkə reklam gəlirlərinin müəyyən hissəsini firmalara köçürməyi planlayır. 

"Pew" araşdırma şirkətinin ötən il apardığı monitorinqdən məlum olub ki, ABŞ-dakı böyük xəbər saytları trafiklərinin 60%-nı Facebook-dan əldə edir. İctimaiyyətin 48%-i aktual məsələləri sosial şəbəkədən, digər məlumatları isə televiziyadan izlədiyini bildirib. 

Qeyd edək ki, Google şirkəti bir müddət əvvəl Avropa media təşkilatlarına 3 il ərzində 163 milyon dollar yardım edəcəyini açıqlamışdı. Facebook-un da bənzər bir addım atacağı ehtimal edilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol