• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirildi

Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirildi
15.10.2020 11:43
Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı Metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir".

Anews.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, Bakı Metropolitenində tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ciddi nəzarət olunur və bu istiqamətdə monitorinqlər nəticəsində tədbirlər davamlı olaraq dövrün tələbinə uyğun yenilənir:

"Qeyd olunmalıdır ki, sosial məsafənin qorunmasını təmin etmək məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilərin quraşdırılması sərnişinlərin hərəkət nizamının tənzimlənməsinə xidmət edir. Artıq sərnişinlərin nizamlı hərəkətinin təmin edilməsinə skaner tipli yeni yoxlama qurğularının da təsiri var. Stansiyaların girişlərinin yoxlama məntəqələrində tətbiq edilən avadanlığın əsas vəzifəsi metropolitendən sərnişinlərin istifadə rahatlığı və təhlükəsizliyini artırmaqdır. İlk olaraq metropolitenin daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilən və avtomatik rejimdə çalışan bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasını sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir.

Onu da əlavə edək ki, yoxlama məntəqəsində hər bir sərnişindən tibbi maskanın düzgün taxılması tələb olunur, sosial məsafəni qorumağın vacibliyi xatırladılır, həmçinin seçmə qayda ilə hərarətin ölçülməsi tətbiq edilir.

Koronavirus infeksiyasının yayılmasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə metropolitenin və polis əməkdaşlarının stansiyalarda və qatarlarda monitorinqləri artırılıb və bunun nəticəsində günün müəyyən saatlarında yoxlamalar intensivləşdirilib. Yoxlamalar zamanı sərnişinlərlə profilaktik söhbətlər aparılır, tövsiyələr verilir. Günümüzün tələbləri nəzərə alınmaqla, sərnişinlərin daha məsuliyyətli olaraq, tibbi maskadan düzgün istifadə etməsinin, sosial məsafənin qorunmasının vacibliyi ətraflı izah olunur.

Metropoliten stansiyalarına daxil olan sərnişinlərdən stansiyaların girişində tibbi maskadan düzgün istifadə etməklə, əl əşyaları və yüklərini artıq vestibülə daxil olarkən hazır vəziyyətdə saxlayaraq avtomatik yoxlama cihazlarına yaxınlaşmalarını xahiş edirik.

Hər bir sərnişinin sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl edəcəyinə, mövcud qaydaları anlayışla qarşılayacağına və birlikdə güclü olaraq bütün çətinliklərə qalib gələcəyimizə inanırıq".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol