• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: "Ordumuza aparılan yardımlar COVID-19 səbəbindən mərkəzləşdirilməlidir"

Ekspert: "Ordumuza aparılan yardımlar COVID-19 səbəbindən mərkəzləşdirilməlidir"
16.10.2020 20:09
"Avropa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun yeni dalğasının qaçılmaz olduğu haqqda fikirlərim artıq özünü statistik rəqəmlərdə də təsdiq edir”.
Bunu "Report”a açıqlamasında Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün tətbiq ediləcək ümumi qaydalarla yanaşı, mütləq şəkildə döyüş bölgələri üçün nəzərdə tutulan qaydalar da qəbul edilməlidir:
"Bakıdaxili yoluxmaların qarşısını almaq üçün mütləq şəkildə virusa yoluxanların və şübhəlilərin karantinə və izolyasiyaya alınması qaydalarına dəyişiklik olunmalıdır. Virusun superyoluxduruculuq effektinin qarşısını almaq üçün yoluxanların insan toplumu olan yerdə iştirakı təcili araşdırılmalı və orada iştirak edən insanların hamısı karantinə alınmalıdır. Mütləq şəkildə restoranların fəaliyyətində məhdudiyyətlər tətbiq edilməlidir və eyni zamanda ad günü və s. şəxsi tədbirlərdə iştirak edən insanların sayına məhdudiyyət qoyulmalıdır. Bundan əlavə, hazırki vəziyyətlə əlaqədar olaraq mütləq şəkildə döyüş bölgələrinə gedən insanların sayına da məhdudiyyət qoyulmalıdır. Ordumuza aparılan yardımlar mütləq şəkildə mərkəzləşdirilməli və ünsiyyət sayını azaltmaq üçün də həmişə eyni insanlar tərəfindən aparılmalıdır. Döyüş bölgələrində virusun yayılma riskləri barədə maarifləndirmə işləri gücləndirilməlidir. O bölgələr də daxil olmaqla ümumiyyətlə rayon və şəhərlərdə yaşayan adamların sayına uyğun müəyyən olunmuş yoluxma sayının limiti aşılarsa, mütləq şəkildə lokal xüsusi karantin rejimi tətbiq etmək lazımdır ki, burada şəhər və rayonlar arası əlaqə də maksimum şəkildə minimuma endirilsin”.
N.Abdullayev hesab edir ki, artıq tibb tələbələrinin də virusla mübarizədə köməyindən istifadə edilməlidir: "Hər kəs anlamalıdır ki, vəziyyət yaydakı kimi ciddiləşə bilər. Ona görə də yaxın gələcəkdə viruslu xəstələrə tibbi xidmətimizdə bir problem yaranmasın deyə maksimum imkanlarımızdan istifadə etməliyik. Bunlardan da biri mənim daha öncələrdə dediyim - tibb tələbələrinin və orta tibb işçisi işləyəcək insanların da virusla mübarizəyə cəlbi edilməsidir. Unutmaq lazım deyil ki, hazırki vəziyyətdə tibbi personal göstərə biləcəyimiz tibbi xidmət üçün çox vacibdir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol