Bakıda evdən 6 kq-dan çox narkotik götürüldü

Narkotik vasitələrin satışı ilə məşğul olan qrupun daha bir üzvi saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş N.Əhmədovun ətrafında Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə ona narkotik vasitəni satan qrupun digər üzvü R.Şexov da müəyyən edilərək saxlanılıb.
Polis əməkdaşlarının onun Mərdəkan qəsəbəsindəki evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 6 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib























