• $
  • €
  • ₽
  • ₺
  • £

Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA

Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək – Polkovnikdən AÇIQLAMA
26.10.2020 15:41
Ordumuz torpaqların işğaldan azad edilməsi istiqamətində hərbi əməliyyatlara uğurla davam edir. Bir aya yaxındır davam edən müharibədə, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı və bir çox yaşayış məntəqələrimiz Ermənsitanın işğalından azad edilib.

Hazırda gündəmdə olan əsas məsələlərdən biri Laçın dəhlizidir. Laçın dəhlizi 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan arasında açılan dəhlizdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra Ermənistan ordusunun nəzarəti altındadır. Ermənlərin ciddi şəkildə qoruyub saxlamağa çalışdığı dəhlizin Ordumuzun nəzarətinə keçməsi nələri dəyişəcək?

Bu barədə ehtiyatda olan polkovnik Şair Ramaldanovla danışdıq.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, Azərbaycan Ordusunun apardığı əməliyyatların davamında Laçının xüsusi yeri var. Çünki, düşmən Laçın dəhlizi vasitəsilə bir çox strateji hədəflərini silah-sursatla təminat edir:

"Laçın dəhləzi düşmənin şah damarıdır. Qubadlının işğaldan azad edilməsi bizi Laçın dəhlizini nəzarətə götürməyə daha da yaxınlaşdırır. Biz əgər həmin dəhlizi azad etsək artıq o yoldan ermənilər məhrum olur. Ermənilərin möhkəmlənmiş əsas müdafiə mövqeləri məhz həmin dəhlizlə bağlıdır. Digər iki yol, Zod "perevalı” və Vardanes-Ağdərə yolu da Murovdağdan mütəmadi olaraq Azərbaycan Ordusu tərəfindən atəş altında saxlanılır. Oranı nəzarətdə saxlamaq olur. Hələlik ən aktiv işlənən yol məhz Laçın dəhlizidir”.

Şair Ramaldanov bildirdi ki, ermənilər Laçın dəhlizindən başqa daha bir neçə yoldan da təminat məqsədi ilə istifadə edir ancaq, həmin yollardan istifadə etmələri hava şəraitindən asılı olaraq bir müddət sonra mümkün olamayacaq:

"Biz əgər Laçın dəhlizini azad etsək düşmənin əsas təminat imkanlarını xeyli sayda məhdudlaşdırmış olacağıq. Orada başqa ara yollar da var. Ancaq, əsas yollar bunlardır. Qışı nəzərə alsaq o yollardan ermənilərin istifadəsi mümkün olmayacaq. Dəhlizin ələ keçirilməsindən sonrakı mərhələ isə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin verdiyi qərarlarda öz əksini tapacaq". 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol