• $
  • €
  • ₽
  • ₺
  • £

Bir gündə iki oğlu şəhid olan ana: "Oğlumun mənə dediyi son söz bu oldu" - VİDEO

Bir gündə iki oğlu şəhid olan ana: "Oğlumun mənə dediyi son söz bu oldu" - VİDEO
06.11.2020 16:58
Əslən Lerik rayonundan olan İmanla Bəhrəm qardaşları Xankəndi uğrunda gedən gərgin döyüşlər zamanı şəhid olublar. 

Anews.az News24.az-a istinadla xəbər verir ki, İmanla Bəhrəm qardaşları hələ uşaq yaşlarından hərbiylə maraqlanırdılar. Vətənpərvər oğullarımız idmançı idilər. Ailənin böyük oğlu İman ağır atletika ilə kiçik övlad isə cüdo ilə məşğul olub. Şəhidlərimizin atası Məmməd Vəlimandədəkişioğlu deyir ki, İman mənfur düşmənlərimizə qarşı hər zaman nifrət hissi ilə yaşayıb. Hətta ali təhsil üçün Rusiyaya yollandığı zaman onun qarşısına çıxan erməni müəlliminin sözün əsl mənasında necə lazımdırsa cavabını verib: "Astraxanda hüquq fakultəsinə qəbul olmaq istəyirdi. Ora sənədlərini aparanda, qarşısına bir erməni müəllimi çıxıb İmana əlini uzatdı. Amma oğlum onun əlini nəinki sıxdı, hətta itələyərək dedi:
 
"mən heç vaxt əlini sıxmaram, çünki sənin əlinə millətimin qanı dəyib". Buna görə oğlumun sənədlərini qəbul etmədilər. Balamın hüquqşünas olmaq arzusu gerçəkləşmədi. Amma yenə də oğlum "vətənim, millətim sağ olsun" dedi. Əvəzində hər ikisi turizm sekoru üzrə təhsil aldılar. Ümumiyyətlə, İman da, Bəhrəm də çox vətənpərvər olublar. Bəhrəm çıxdığı hər bir yarışdan qalib gələrdi. Ermənilərlə güləşə çıxanda heç vaxt əyilməzdi, əksinə yarışları udurdu".

Ailənin iki qardaşı vətən müharibəsinə qoşulduqları ilk gündən tarix yazdılar. Vətən sevdalısı olan şəhidlərimizin xəbəri isə onları çox sarsıdıb:
 
"Biz mütəmadi olaraq əlaqə saxlayırdıq. Bir gün onlarla birgə olan gizir mənə zəng elədi, amma danışmaq istəmədi. Əsgərov deyə çağırırdıq onu. İndi yaralıdır, hospitalda müalicə alır. Zəng edib oğullarımın əmilərini dəstəyə çağırdı. Onda artıq nəyinsə düz getmədiyini hiss elədim. Dedim, yox nə olubsa özümə de. Ağlaya-ağlaya dedi ki, əmi, uşaqlar şəhid oldular (ağlayır). O, anda bilmədim nə edim. Getdim Füzuliyə, orada Peyğəmbər Məscidində İmanımı gördüm. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra Bəhrəmimi gətirdilər. Onları gördüm (ağlayır).

Şəhidlərimizin atasının sözlərinə görə İmanın özü şəhidlik zirvəsini arzu edib. O, həm də çox qorxmaz olub. Komandirlər ona deyəndə ki, İman burada sürünmək lazımdır, o, bu sözlərə məhəl qoymaraq, dim-dik durub erməninin üzərinə gedirdi: "Hələ əsgərliyə gedəndə mənə dedi ki, "ata, mən şəhid olacağam". Yəni ki, bu uşağın əvvəldən fikiri bu olub. Dedim ki, oğlum elə danışma, sən hələ cavansan. Bütün ömrün qabaqdadır. İmanım da dedi ki, "ata, sən heç bilirsən şəhidlik zirvəsi nədir?". Çox pis olurdum, amma dözürdüm. Dedim ki, bəli, oğlum bilirəm. Şəhidlik zirvəsi dünyanın ən gözəl və yüksək yeridir. İnanın ki, o, uşaqda bir damcı belə qorxu yox idi. Hər zaman deyərdi ki, erməni kimdir ki, mən onun qarşısında əyilim".

İman və Bəhrəmdən gözü yaşlı danışan anası Hicran Məmmədova deyir ki, onlar daima vətənə, millətimizə bağlı olub. Hicran Məmmədovanın sözlərinə görə qəhrəman şəhidlərimiz örnək övladlar olublar, heç vaxt valideynlərini incitməyiblər. Amma bütün bu sözlərin fonunda İmanın son sözü ürəkdağlayan olub: "Mənə dedilər ki, yanımıza gələndə çoxlu su gətir. Biz də apardıq. İnanın ki, əsgərlər başımıza yığılıb dedilər ki, niyə bu qədər çoxlu su aldırmısınız? İman qayıdıb dedi ki, "ana, o sudan tək mən içsəm, əsgər yoldaşlarım necə olacaq? ayıb deyilmi?". Yola saldım balalarımı. Sonra İman maşına mindi, getməyə hazırlaşanda təzdən qaçdı yanıma və bir söz dedi: "Ana, şəhidlərimizi unutma, daim onları xatırla. Bəlkə mən olmadım". Bu oğlumun mənə dediyi son sözü oldu. Sən demə sağ ollaşırmış bizimlə, anlamadıq (ağlayır). Kaş oğullarım vətən müharibəsinin axırında olan sevinc və qələbə xəbərlərini görə bilsəydilər. Yanıram, çox yanıram ki, onlar bu günləri görə bilməyəcəklər". 

Hicran Məmmədova deyir ki, İmanla Bəhrəmin hələ uşaq yaşlarından silaha marağı olub: "Hər ad günlərində atalarından hədiyyə silah istəyirdlər. Bir dəfə yanlarına gedəndə dedim ki, "oğul balalarım baxın görün, nə qədər silahınız var". Dedilər ki, "ana, bu silahı atam almayıb bizə, özümüz qazanmışıq".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol