• $
  • €
  • ₽
  • ₺
  • £

Avstraliya portalı ermənilərin Kəlbəcəri yandırmasından yazdı

Avstraliya portalı ermənilərin Kəlbəcəri yandırmasından yazdı
15.11.2020 11:36
Qarabağı tərk edən ermənilər həmin ərazilərdəki evləri yandırırlar.

Anews.az xəbər verir ki, bu barədə Avstraliyanın nüfuzlu "SBS news” portalı məlumat yayıb. Bildirilir ki, ermənilər 30 ilə yaxın bir müddətdə işğal altında saxladıqları ərazilərdə yerləşən evlərə od vururlar. Burada yaşayan ermənilərə ərazini tərk etmələri üçün noyabrın 15-dək vaxt verilib.

Qeyd edilir ki, tərəflər arasında əldə edilən sülh razılaşmasına əsasən ermənilər istirahət günlərinədək həmin əraziləri Azərbaycana təhvil verməlidirlər. Xüsusən Kəlbəcər rayonunda yerləşən və separatçılar tərəfindən uzun müddət işğal altında saxlanan kəndlərdə yaşamış ermənilərin Ermənistana qaçmazdan əvvəl evlərə və sosial obyektlərə məhz azərbaycanlılara qalmaması üçün od vurduqları vurğulanır. Bildirilir ki, bu evlərin əksəriyyəti ötən əsrin 90-cı illərində bu ərazilərdən qovulan azərbaycanlılara məxsus olub.
 
Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərin 99 faizinin, evlərlə yanaşı, xəstəxanaların, məktəblərin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirdiyi və buna görə Ermənistanın kompensasiya ödəyəcəyini vurğuladığı qeyd edilir.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə toxunularaq, Ermənistan ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasında döyüşlərin sentyabrın 27-də qızışdığı və altı həftə davam etdiyi qeyd edilir.

Ermənistan rəsmi mənbələrinin noyabrın 14-də bildirdiyinə görə müharibə zamanı 2317 nəfərin həlak olduğu və bu rəqəmin əvvəlki rəsmi məlumatdan təqribən iki dəfə çox olduğu vurğulanır. Rusiya Prezidenti Vladimir Putinə istinadla isə bu rəqəmin 4 mindən artıq olduğu bildirilir.

Yazıda tərəflər arasında razılaşmadan sonra Ermənistanda baş verən etirazlar, baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinqlərin keçirilməsi barədə də məlumat verilir. Noyabrın 14-də Ermənistanın keçmiş Milli Təhlükəsizlik naziri Artur Tanesyanın və digərlərinin N.Paşinyana qarşı sui-qəsd hazırlamaq cəhdi ilə əlaqədar həbs olunduğu da bildirilir

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol