• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib

Azercell-in Mobil Göz Klinikası BMT-nin təşəbbüsü ilə məcburi köçkünlər üçün aksiyada iştirak edib
25.11.2020 10:46
Ölkənin lider mobil operatoru "Azercell Telekom”, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və "Xəzər Qayğıkeşlik Layihəsi” təşkilatının birgə iştirakı ilə məcburi köçkünlər üçün sosial aksiya həyata keçirilir. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park” qəsəbəsində baş tutan aksiyada Azercell-in Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirir. Müayinənin sonra görmə qabiliyyəti zəif olan vətəndaşlara Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın "Fuji Optical” şirkətinin ianə etmiş olduğu 1500 ədəd yüksək keyfiyyətli optik eynəklər paylanılır. 
 
Qeyd etmək lazımdır ki, Azercell şirkətinin Mobil Göz və Mobil Diş klinikaları vasitəsi ilə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlar üçün mütəmadi olaraq müxtəlif xeyriyyə təşəbbüsləri və sosial məsuliyyət tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri ötən ay "Xəzər Qayğıkeşlik Layihəsi” ictimai birliyi ilə birlikdə təşkil olunmuşdu. Ümumdünya Görmə gününə təsadüf edən aksiya nəticəsində Azercell-in Mobil Göz Klinikasında məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin üzvləri və sağlamlıq imkanları məhdud insanlar üçün pulsuz müayinə və müalicə təşkil olunmuşdu.
 
Azercell-in sosial layihələri arasında xüsusi yer tutan Mobil Diş və Mobil Göz Klinikaları 2010-cu ildən etibarən səyyar şəkildə fəaliyyət göstərərək ölkənin müxtəlif bölgələrində aztəminatlı ailələr, şəhid ailələri, məcburi köçkün və qaçqınların ailə üzvləri,  kimsəsiz uşaqlar və ahıllara təmənnasız şəkildə xidmət edir. Diş və göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılması məqsədi ilə yaradılan Mobil Klinikaların xeyriyyə işindən hər il minlərlə insan yararlanır.
 
Azercell şirkəti bundan sonra da əhalinin xüsusi qayğıya ehtiyacı olan həssas təbəqələri üçün müxtəlif tipli sosial təşəbbüslər həyata keçirməyi davam etmək niyyətindədir.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol