• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ağır qəza - 3 tibb işçisi öldü

Bakıda ağır qəza - 3 tibb işçisi öldü
30.11.2020 09:31
Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Tuncay Aslan oğlu idarəetməsində olan "BMW” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib. 

Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev  və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

Qeyd edək ki, yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb universitetinin tələbələridir

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Cəmiyyət 10:25
Azərbaycanda ötən gün 60 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol