• $
  • €
  • ₽
  • ₺
  • £

Gələn il qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb

Gələn il qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
27.09.2024 18:15

Gələn il universitetlərə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar açıqlanıb.Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
 
Abituriyentlər 2025-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış ola bilərlər.

1. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)

2. Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)

Qeyd 1. Ümumi bir prinsipə istinad edilərək, cari tədris ilində təhsil alan 11-ci sinif şagirdlərinin aşağı siniflərdə keçdikləri müvafiq dərsliklərlə hazırda qüvvədə olan dərsliklərin müqayisəsi aparılmış və proqramlara eyni olan mövzular daxil edilmişdir (bəzi istisnalar nəzərə alınmaqla "Qeyd 4”, "Qeyd 5”).

Qeyd 2. 9-cu siniflər üçün "Ümumi tarix” və "Azərbaycan tarixi” dərsliklərinin yeni nəşrlərində bir sıra mövzuların adları dərsliklərin əvvəlki nəşrləri ilə eynilik təşkil etsə də, məzmunda fərqlər var. Bunlar nəzərə alınaraq, imtahanlarda həmin mövzulara aid üst-üstə düşən məlumatlardan istifadə ediləcək (Azərbaycan və rus dillərində).

Qeyd 3. "2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri” mövzusuna dair materialla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq olar.

"2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”
"Антитеррористические мероприятия локального характера в Карабахском регионе Азербайджанской армии 19-20 сентября 2023 года”

Qeyd 4. Ötən tədris ilindən ümumtəhsil müəssisələrinin 6-cı siniflərində "Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Fizika (Azərbaycan bölməsi)
Fizika (Rus bölməsi)
Biologiya (Azərbaycan bölməsi)
Biologiya (Rus bölməsi)

Qeyd 5. Cari tədris ilində ölkənin ümumtəhsil müəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7-ci, coğrafiya fənnindən isə 6-cı siniflərdə istifadəyə verilmiş dərsliklər yeni kurikulum əsasında hazırlanmışdır. Bu dərsliklər məzmun, yeni terminlərin verilməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Bunlar nəzərə alınaraq, qəbul proqramlarında həmin siniflərə aid mövzuların materiallarında dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin materiallarla (Azərbaycan və rus dillərində) aşağıdakı keçidlərdən istifadə etməklə tanış olmaq olar.

Fizika (Azərbaycan bölməsi)
Fizika (Rus bölməsi)
Biologiya (Azərbaycan bölməsi)
Biologiya (Rus bölməsi)
Kimya (Azərbaycan bölməsi)
Kimya (rus bölməsi)
Coğrafiya (Azərbaycan bölməsi)
Coğrafiya (Rus bölməsi)

Qeyd 6. Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq ediləcək.

Qeyd 7. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.

Qeyd 8. Qəbul imtahanında ədəbiyyat fənnindən "Həmzənin Qıratı qaçırması” qolu ("Koroğlu” eposundan), N.Gəncəvinin "İskəndərnamə”, M.Füzulinin "Leyli və Məcnun”, C.Məmmədquluzadənin "Anamın kitabı”, C.Cabbarlının "Oqtay Eloğlu”, S.Vurğunun "Vaqif”, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.
Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin B.Vahabzadənin "Vətəndaş” və M.Hüseynin "Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərlə buradan tanış olmaq olar.

Qeyd 9. На вступительных экзаменах по литературе планируется использование тестовых заданий по произведениям (М. Физули. Газель "Я скован, я пленён…”, М.П. Вагиф. Гошма "Байрам”, М.Ш. Вазех. Стихотворение "Высокая ростом, стройная телом …”, Х.Натаван. "Фиалка", С. Вургун. Гошма "Горы”, М.Дж. Пашаев. Рассказы "Правила приличия”, "Сирота”, М. Мушфиг. Стихотворение "Мама”, Р. Рза. Стихотворение "Карабах”, Н. Рафибейли. Стихотворение "Утро”, Г. Аббасзаде. Рассказ "Чужие” (из цикла "Той победной весной”), Б. Вагабзаде. Стихотворение "Вот здесь, по эту сторону Аракса…”, С. Рустамханлы. Отрывок из поэмы "Возвращение в Карабах”, Г.Р. Державин. Ода "Властителям и судиям”, А.С. Пушкин. Повесть "Капитанская дочка”, стихотворения "К Чаадаеву”, "К**” ("Я помню чудное мгновенье…”), Ф.И. Тютчев. Стихотворение "Не то, что мните вы, природа…”, М.Ю. Лермонтов. Стихотворения "Бородино”, "К” (Я не унижусь пред тобою…), "Родина”, поэма "Беглец”, И.С. Тургенев "Русский язык”, Л.Н. Толстой. Рассказ "Кавказский пленник”, А.А. Блок. Стихотворение "О, я хочу безумно жить…”, С.А. Есенин. Стихотворение "Отговорила роща золотая…”, В.В. Маяковский. Стихотворение "Необычайное приключение…”, А.А. Ахматова. Стихотворение "Я научилась просто, мудро жить…”, А.Т. Твардовский. Поэма "Василий Тёркин”, И.П. Третьяков. Рассказ "Бывают минуты…”, О. Хайям. Рубаи ("Книга жизни моей перелистана…”, "Мы источник веселья…”, "Принеси заключённый в кувшине рубин…”, "Поутру просыпается роза моя…”, "Нет ни рая, ни ада…”), Х. Ширази. Газель "Ветер нежный, окрылённый, благовестник красоты...”, О.Генри. Новелла "Последний лист”, Ч. Айтматов. Повесть "Лицом к лицу”). Вы можете ознакомиться с этими произведениями, перейдя по ссылке.

Qeyd 10. Təqdim edilmiş proqramlar "Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol