• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri seçilib

Unibankın “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri seçilib
01.10.2024 17:45
Daha 252 nəfər "Unibank”ın "Əjdaha” lotereyasının qalibi olub. Lotereyanın ikinci tirajının qalibləri Xəzər TV canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilib. Lotereyanın şərtlərinə görə, 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.
 
"Əjdaha” lotereyasının ikinci tirajında avqustun 21-dən  sentyabrın 20-dək Unibank bank kartları ilə 50 manat və yuxarı ödəniş edərək, azı 5 şansı olan müştərilər iştirak edib. İkinci tiraj qaliblərindən biri cəmi 10 şansla qalib olub. Qaliblərin siyahısında minlərlə şansı olanlar da var. "Əjdaha” lotereyasının ikinci tirajında 240 Unibank müştərisi ümumilikdə 50 min manat pul mükafatı qazanıb. Qaliblərin siyahısı bankın rəsmi saytında yerləşdirilib:
 
https://unibank.az/uploads/menus/1727780115qalibler%202.pdf
 
Lotereyanın üçüncü tirajının qalibləri oktyabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək. Artıq sentyabrın 21-dən oktyabrın 20-dək etdiyiniz ödənişlər sizə 3-cü tiraj üçün şans qazandırır. Hər tirajda iştirak etmək üçün həmin tiraj müddətində azı 50 manatlıq ödəniş edib minimum 5 şans qazanmaq lazımdır. Bu halda əvvəlki tirajda qazandığınız şanslar da bura əlavə olunur.
 
Şans sayınızı artırmaq üçün Unibank sizə xüsusi imkanlar yaradıb. Belə ki, üçüncü tiraj müddətində bütün yanacaqdoldurma məntəqələrində Unibank kartıyla minimum 10 manat ödəniş 3 şans qazandırır. Bravo-da etdiyiniz hər 10 manatlıq alış-veriş və Bolt Food-da etdiyiniz hər 10 manatlıq sifariş sizə 3 şans qazandırır. Eləcə də xaricdə Unibank kartı ilə xərclədiyiniz hər 10 manat yaxud bu məbləğin ekvivalenti sizə 3 şans qazandırır. Bu tiraj ərzində xarici saytlarda etdiyiniz hər 10 manatlıq ödəniş də sizə 1 deyil 3 şans qazandıracaq. Eyni zamanda "Unibank”ın mobil tətbiqi olan UBank vasitəsilə etdiyiniz bir sıra ödənişlər zamanı da hər 10 manat 3 şans qazandıracaq.
 
Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, səkkiz ədəd Toyota Corolla Cross avtomobilindən,  50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də "Əjdaha” lotereyasının iştirakçısı olun!
 
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
 
Unibank kartınla xərclə və "Əjdaha” lotereyasında iştirak et!
 
Unibank -Sənin Bankın!
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol