• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın nüfuzlu reytinq cədvəlində yer alıb

Azərbaycanın 2 ali təhsil müəssisəsi dünyanın nüfuzlu reytinq cədvəlində yer alıb
09.10.2024 09:00
Azərbaycandan ilk dəfə 2-ci ali təhsil müəssisəsi (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "THE dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Beləliklə, sözügedən qlobal reytinqdə Bakı Dövlət Universiteti də daxil olmaqla ümumilikdə Azərbaycanın 2 ali təhsil müəssisəsi yer alır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə "Times Higher Education” Beynəlxalq Reytinq Agentliyi arasında ölkədə ali təhsilin rəqabət qabiliyyətinin artırılması və qabaqcıl tədqiqat universitetlərinin yaradılması istiqamətində may ayından etibarən strateji tərəfdaşlıq davam edir.

THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Bati qeyd edir: "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dünya universitetlərinin ən böyük və əhatəli qlobal reytinqinə daxil olmasını görmək çox gözəldir. Azərbaycan sosial təsirə malik dünya səviyyəli universitetlər yaratmaq məqsədilə ali təhsilin inkişafı üçün çox ciddi strateji hədəflər müəyyən edib. Ümid edirik ki, bu qətiyyət ölkənin ali təhsil müəssisələrinin "THE dünyanın ən yaxşı universitetlərinin reytinqi” və "THE Impact reytinqi”ndə sayının artmasına və mövqelərinin güclənməsinə təkan verəcək”, - məlumatda deyilir. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol