• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Naxçıvanda istehsal olunan məhsulların ixracı 7 milyon dolları ötüb

Bu il Naxçıvanda istehsal olunan məhsulların ixracı 7 milyon dolları ötüb
09.10.2024 12:21
Bu ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında istehsal edilmiş ümumilikdə 7 milyon 287,5 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi”ndən məlumat verilib.

Bu ilin 8 ayında "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs tərəfindən verilmiş mənşə sertifikatlarına əsasən muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstana 2 milyon 774,3 min ABŞ dolları, Rusiyaya 993,5 min ABŞ dolları, Yəmənə 902,5 min ABŞ dolları, Qırğızıstana 823,7 min ABŞ dolları, Türkiyəyə 309,4 min ABŞ dolları və digər ölkələrə 1 milyon 484,1 min ABŞ dollar dəyərində ixrac olunub.

Bu ilin mart-sentyabr aylarında "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 244 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,8 % çoxdur. Bu ilin ötən dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 29,8 min manat təşkil edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol