Bakı metrosunda qatarların hərəkəti ləngiyib

"Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən ona baxış keçirilib.Bu barədə "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Məlumata görə, əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.
www.anews.az
























