• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yağış gözlənilir

Bakıda yağış gözlənilir
24.10.2024 15:41
Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.

Oktyabrın 25-də əsasən Azərbaycanın şərq rayonlarında, 26-da isə şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Cəmiyyət 00:42
Göyçayda yol qəzası olub, ölən və xəsarət alan var
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Cəmiyyət 23:00
Qaxda avtomobil aşıb, 4 yeniyetmə yaralanıb
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 22:32
Beynəlxalq axtarışda olan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilib
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Cəmiyyət 20:16
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU kollektivinə təqdim edib
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:09
Heydər Əliyev prospektində təmir işləri aparılacaq, hərəkət məhdudlaşdırılacaq
6 marşrutun hərəkət sxemi dəyişir
Cəmiyyət 19:23
6 marşrutun hərəkət sxemi dəyişir
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Cəmiyyət 18:18
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Cəmiyyət 18:07
FHN: Badamdarda sürüşmə prosesi aktiv fazadadır
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:12
Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol